Ölkə futbolu
İqbekoyi peşman olub, qayıtdı (ÖZƏL)
Müqaviləsi başa çatdıqdan sonra AZAL rəhbərliyi Vikto…
Müqaviləsi başa çatdıqdan sonra AZAL rəhbərliyi Viktor İqbekoyiyə yeni sözləşmə təklif etsə də, yarımmüdafiəçi bunu qəbul etməmişdi. Futbolinfo.az xəbər verir ki, buna yeni müqavilədə göstərilmiş əməkhaqqının artırılmaması səbəb olmuşdu.
Nəticədə futbolçu istirahət üçün Azərbaycanı tərk etmişdi. Saytımıza daxil olan məlumata görə nigeriyalı artıq istirahəti başa vurub, yenidən ölkəmizə üz tutub. O, növbəti həftə ərzində klub rəhbərliyi ilə yenidən görüşərək, müqavilə müddətinin uzadılması barədə müzakirə aparacaq. Danışıqlar müsbət nəticələnəcyi halda, İqbekoyi növbəti mövsümdə də "təyyarəçilər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2009-cu ildən AZAL-da çıxış edir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”