Dünya futbolu
“Monako” məhkəməlik oldu
“Barselona”nın keçmiş qapıçısı Viktor V…
“Barselona”nın keçmiş qapıçısı Viktor Valdes “Monako”nu məhkəməyə verməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, futbolçu Fransa klubunun tibbi müayinənin nəticələrini əsas gətirərək onunla 4 illik müqaviləni pozmasından şikayət edir.
Valdesin agenti Xines Karvahal FİFA-nın reqlamentinə əsaslanaraq bildirir ki, klubun tibbi müayinənin nəticələrinə əsaslanaraq futbolçu ilə müqaviləni pozmaq hüququ yoxdu. Bundan əlavə, Karvahalın sözlərinə görə, müqavilə qapıçının zədələnməsindən əvvəl imzalanıb.
Qeyd edək ki, "Barselona”dan ayrılan Viktor Valdesin yeni klubu hələ də bəlli deyil. Daha öncədən razılıq əldə olunsa da, tibbi müayinədən keçə bilməyən ispan qapıçının “Monako”ya keçidi baş tutmayıb. Hazırda Valdes 4 klubla danışıq aparır. Həmin klubların adları açıqlanmasa da, “Mançester Siti”nin həmin siyahıda yer almadığı dəqiqdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”