Ölkə futbolu
"İnter"lə oyunda hücum və pressinq edəcəyik"
Moldovanın "Tiraspol" klubunun müdafiəçisi And…
Moldovanın "Tiraspol" klubunun müdafiəçisi Andrey Novikov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına müsahibəsində 2:3 hesablı yenilgi ilə bağlı öncə bunları söyləyib:
"Mənim hələ belə oyunum olmamışdı. Penalti, avtoqol… Həmin vaxt vəziyyət qorxunc idi. Qarşılaşmada dönüş yaratmağa çalışsaq da, oyun getmirdi. Yaxşı ki, oyunun sonlarında qol vura bildik. Bu, ümumi neqativi bir qədər dağıtdı. Təbii ki, belə məğlubiyyətdən sonra növbəti mərhələyə adlamaq şansımız azdı, amma var. Bu, futboldu. "İnter" bizə 3 qol vurdusa, biz niyə eyni uğuru təkrarlamayaq? Mənim fikrimcə, bu, realdı. Bakıda ən azı erkən qol vurmalıyıq. Belədə ikinci qol üçün zamanımız çox olacaq".
"Tiraspol"un vitse-kapitanının fikrincə, Moldovadakı oyunda dönüş nöqtəsi penalti olub: "Top mənim əlimə dəydi. Matçın 8-ci dəqiqəsi idi. Bu, bizi sındırdı. Elə bunun nəticəsi idi ki, dərhal da ikinci qolu buraxdıq. Belədə bizim oyun planımız öz aktuallığını itirdi. Daha sonra da avtoqol qeydə alındı. Bu, dəqiq mənim günüm deyildi. Amma rəqibdə əksinə, çox şey alınırdı. Halbuki, oyuna görə ən azı rəqibdən geri qalmırdıq. Məncə, biz qalib gəlib, növbəti mərhələyə vəsiqə qazanmalıyıq".
Cavab oyunu sabah "Şəfa" stadionunda keçiriləcək. Novikov Bakıdakı arenanın süni örtüklü olmasından da danışıb: "Süni örtük bizim üçün problem olmayacaq. Bildiyimə görə, ən son nəsil süni örtükdü. Yəni demək olar ki, təbii ot örtüyündə oynayacağıq. Onun üzərində top yaxşı gedir. Şənbə günü biz Tiraspolda iki dəfə belə örtükdə məşq etmişik. Gündüz təbii ki, bir qədər çətin olur, amma axşamlar normaldı. Ona görə də meydan amilindən heç nə asılı olmayacağına əminəm. Vacib olan komanda oyunu, matça köklənmədi".
Novikov Bakıda hücum futbolu sərgiləyəcəklərini bəyan edib: "Qol vurmaq lazımdı. Bunun üçün isə hücum və pressinq etməliyik. "İnter" təcrübəli və yaxşı təşkilatlanmış komandadı. Amma biz onların mənfi cəhətlərini bilirik və bundan yararlanmağa çalışacağıq".
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir