Ölkə futbolu
XL yeni transferinə qovuşdu
"Xəzər Lənkəran" daha bir yeni transferinə qovuşub. Fu…
"Xəzər Lənkəran" daha bir yeni transferinə qovuşub. Futbolinfo.az xəbər verir ki, söhbət "Bakı"dan ayrılan Rauf Əliyevdən gedir.
O, ötən gün yeni komandasının Sloveniyadakı axşam məşqində iştirak edib.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu “Xəzər Lənkəran”ın toplanış müddətində transfer etdiyi 4-cü futbolçudu. Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko və Rauf Əliyevlə yanaşı komanda fasilə dönəmində Rəşad Sadıqov və Aleksandr Şemonayevi də heyətinə qatıb.
Maraq üçün bildirək ki, XL "Bakı"dan yarımmüdafiəçi Əfran İsmayılovu da heyətinə qatıb və onun da tezliklə yeni klubunun düşərgəsinə qoşulması gözlənilir. (klub saytı)
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- I Liqa2024-05-08 14:18
I Liqada 25-ci turun təyinatları müəyyənləşdi