Ölkə futbolu
AZAL bu gün hazırlığının ilk mərhələsinə yekun vuracaq
Yeni mövsümə hazırlığını davam etdirən AZAL günd…
Yeni mövsümə hazırlığını davam etdirən AZAL gündə 1 dəfə olmaqla məşqləri davam etdirir. Futbolinfo.az xəbər verir ki, ötən gün baş məşqçi Tərlan Əhmədovun istəyi əsasında yarımsaatlıq yüngül məşqdən sonra ikitərəfli oyun keçirilib.
Şərti olaraq “sarılar” və “qırmızılar”ın mübarizəsindən birincilər qalib ayrılıblar – 2:1. “Sarılar”da Viktor İqbekoyi və Xuan Fransisko, “qırmızılar”da isə Rəşad Abdullayev fərqlənib.
Qeyd edək ki, bu gün keçiriləcək səhər məşqi ilə komandanın yeni mövsümə hazırlığının birinci mərhələsi başa çatacaq. AZAL iyulun 16-da səhər saatlarında Türkiyənin Bolu vilayətinə – hazırlığın ikinci mərhələsinə yola düşəcək. Qardaş ölkədə 13 gün qalacaq komanda 5 yoxlama görüçündə qüvvəsini sınayacaq. Sparrinq-rəqiblərlə bağlı işlər tamamlanmaq üzrədi. (klub saytı)