Ölkə futbolu
“Qarabağ”ı məğlub etmək üçün əlimizdən gələni edəcəyik”
Maltanın “Valletta” klubunun futbolçusu Roderik Br…
Maltanın “Valletta” klubunun futbolçusu Roderik Briffa Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri “Qarabağ”la bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan 32 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə oyun üçün çox yaxşı hazırlaşdıqlarını deyib:
“Biz Nukri Revişvili və İrakli Maysuradze kimi iki aparıcı futbolçumuzu itirdik. Amma hər iki mövqeyə də oyunçu aldıq. Bu barədə problemimiz olmayacaq. Maltada keçirəcəyimiz ilk oyunda yaxşı nəticə qazanmağımız çox vacibdi. Buna nail olacağımıza inanırıq. Biz bu oyuna çox yaxşı hazırlaşmışıq və baş məşqçimiz Gilbert Acius rəqibi yaxşı analiz edib. Əminəm ki, istədiyimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, "Valletta" – "Qarabağ" qarşılaşması iyulun 15-də Maltada keçiriləcək və Bakı vaxtıyla saat 21:30-da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək