Ölkə futbolu
"Qarabağ" "Valletta"ya ilk oyunda qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhə…
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı.
Təmsilçimiz cütün taleyini həll etmək üçün səfərdən mütləq qələbə ilə qayıtmalıydı. "Qarabağ" bu vəzifənin öhdəsindən gələ bilib. Amma rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaradan, hətta penalti vurmaq şansı qazanan ağdamlıların daha inamlı qələbə qazana bilməməsi təəssüf doğurmaya bilməz.
Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
15 iyul
Valletta – Qarabağ – 0:1 (0:1)
Qol: Çumbinyo, 17 (0:1).
Matçın 85-ci dəqiqəsində R.Almeyda penaltidən yararlana bilməyib – qapıçı.
Sarı vərəqə: R.Briffa, 71, U.Fariya, 90+2.
Qırmızı vərəqə: C.Karuana, 84.
Ta Qali. "Ta Qali Milli Stadionu".
Hakimlər: Adrien Jakkotte, Yohannes Vogel, Stefane De Almeyda, Sandro Şarer (hamısı İsveçrə).
VALLETTA: 28. Nikolas Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 5. Rayan Kamilyeri, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu (9. Rafael Kooh-Sona, 72), 18. Şon Bayada (17. Siray Eddin Arab, 90+2), 30. Abdelkarim Nafti (24. İan Zammit, 85), 36. Luk Dimek.
Ehtiyat oyunçular: 1. Yenez Sini, 11. Luk Montebello, 14. Hamid Alkamali, 22. Daniel Kamilyeri.
Baş məşqçi: Gilbert Acius.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (7. Namiq Yusifov, 79), 9. Reynaldo, 10. Muarem Muarem (11. Danilo Dias, 72), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 87), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 14. Rəşad Sadıqov.
Baş məşqçi: Qurban Qurbanov.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”