Dünya futbolu
Super Liqada ilk dövrənin püşkü atıldı
Türkiyə Super Liqasında 2014/15 mövsümünün …
Türkiyə Super Liqasında 2014/15 mövsümünün ilk dövrəsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, ilk 17 turun oyunları artıq müəyyənləşib.
Açılış matçında son çempion "Fənərbaxça" öz meydanında "Karabükspor"u qəbul edəcək. Çezare Prandellinin çalışdırdığı "Qalatasaray" isə çətin "Bursaspor" səfərinə yollanacaq. “Beşiktaş” “Mersin İdmanyurdu”nun qonağı olacaq.
Superliqanın ilk derbisi ikinci tura təsadüf edəcək. Trabzonda "Trabzonspor" və "Fənərbaxça" komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Super Liqada mövsüm 29-31 avqust (2014) tarixində başlayıb, 31 mayda (2015) başa çatacaq.
Super Liqanın ilk dövrəsinin derbiləri isə bunlardı:
2-ci tur: Trabzonspor – Fənərbaxça
6-cı tur: Qalatasaray – Fənərbaxça
8-ci tur: Beşiktaş – Fənərbaxça
10-cu tur: Qalatasaray – Trabzonspor
12-ci tur: Beşiktaş – Trabzonspor
16-cı tur: Beşiktaş – Qalatasaray
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”