Müsahibə
Tahir Süleymanov: "Bir qədər gec ayrıldım"
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süley…
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Koper” matçından sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun rəsmisi 1:2 hesablı məğlubiyyətdən sonra istefasını açıqlayıb:
– Oyunun sonlarına yaxın azarkeşləriniz “istefa” deyə qışqırırdılar…
– Bütün məsuliyyəti üzərimə götürürəm və istefa verirəm. İnanıram ki, “Neftçi” səfərdə daha yaxşı oynayacaq və mərhələ adlayacaq. Maksimum 2-3 milyonluq büdcəsi olan klub qarşısında “Neftçi” bu mərhələni adlamasa, hazırkı heyətdən heç kimin komandada qalmağa haqqı yoxdu.
– Sloveniyaya getməyəcəksiz?
– Xeyr, artıq komandadan ayrılmışam. Bu, etiraz əlaməti deyil. İstefa vermək özü bir mədəniyyətdi. Bütün yükü üzərimə götürdüyüm üçün bu addımı atıram. Yeni “Neftçi” qurulmalıdı. Yeni komanda quranlara gələcəkdə uğurlar arzulayıram.
– Yeni “Neftçi”ni mövsüm başa çatdıqdan dərhal sonra qurmaq olmazdı?
– Keçmişə qayıtmaq istəmirəm. Bu gün komandamız zəif oyun nümayiş etdirsəydi, ayrı söhbət olardı. Meydanda təkqapıya futbol oynandı. “Neftçi” özü-özünə məğlub oldu. Amma qarşıda cavab oyunu var. “Neftçi” futbolçularının “Koper”in cavabını verəcəyinə şübhə etmirəm.
– Nəyə ümid edib, bunu deyirsiz? Belə futbol oynayaraq uduzacağıq, yoxsa necə?
– “Neftçi” zəif oynamadı. Özünüz də gördünüz. Braziliya yığması da 1:7 hesabı ilə yenildi. Futbolda belə hallar olur. Müasir futbol nə büdcə, nə də ölkələrin adı ilə ölçülmür. Müasir futbolda hər oyuna çıxanda döyüşmək lazımdı. Belə uşaq səhvləri ilə qol buraxmaq “Neftçi”yə yaraşmaz. Amma “Neftçi” 90 dəqiqə hücumda oldu, qapıçıları yaxşı oynadı, dirəkdən dönən topumuz oldu. Hakimlik haqda isə danışmaq istəmirəm. Hakimliyin səviyyəsini özünüz gördünüz. “Neftçi” məğlub oldu. Amma iki oyunun nəticəsinə görə, “Neftçi” bu mərhələni keçməlidi.
– “Neftçi”nin hücumlarından danışdınız, amma boşluqlar da var idi…
– Braziliya millisində də boşluqlar var idi. Nə olsun ki? Komanda büdcəsinə uyğun transfer etdi. Yenə deyirəm, “Neftçi” pis oynamadı. Bruno Bertuççinin səhvindən sonra buraxılan qol sanki komandanı sındırdı. Hələ heç nə itirilməyib. Bu gün bütün məsuliyyəti üzərimə götürür və gedirəm. Hər kəsin getmək zamanı var. Bəlkə də bir qədər gec ayrıldım.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”