Bizi izləyin

Ölkə futbolu

(Milli) Mətbuat(ımızın) Günü

Bu gün Milli Mətbuat Günüdü. “Əkinç…

blank
Bu gün Milli Mətbuat Günüdü. “Əkinçi” qəzeti ilə başlayan tarixin 139-cu ildönümündə bizlər də təbrik gözləyirdik. Amma bizə qalan yalnız elə özümüzün özümüzü təbrik etməyimiz oldu. Nə klublarda çalışanlar, nə digər futbol adamları bir zəngi belə mətbuata qıymadı. Canları sağ olsun, yəqin başları qarışıqdı. Gərək günahı özümüzdə axtaraq. Yəqin mətbuatın gücünü göstərə bilmirik.
 
Bizim üçün əziz olan bu gündə yenə həmkarlarımızla dərdləşdik. Görəsən…
…GÜNümüz-güzəranımız varmı?
…Mətbuatı kim bu GÜNə qoydu?
…Ümumiyyətlə, mətbuat niyə bu GÜNdədi?
…GÜNahkar kimdi?
…AFFA-nın bir həftə əvvəldən qabağına qaçdığı tədbiri nəzərə almasaq, mətbuat GÜNündə yada düşdünüzmü?
 
Mahir Rüstəmli ("Futbol+") : "Günümüz var, amma güzəranımızın daha yaxşı olması üçün jurnalistika alaq otlarından təmizlənməlidi, bu peşəyə varlanmaq yox, SÖZÜNÜ DEMƏK, gerçəkləri topluma çatdırmaq üçün gələnlər təşəbbüsü ələ almalıdı. Mətbuat heç bir halda ölkənin həyatından kənarda, yəni ada kimi mövcud ola bilməz. Cəmiyyətdə, futbol təsərrüfatında hansı qüsurlar, yaramazlıqlar varsa, heç şübhəsiz, bunlar mətbuata, idman jurnalistikasına da köçür. Bilirsizmi, azad cəmiyyətin mətbuatı daha güclü olur, hakimiyyət qollarının hər birinin müstəqil olduğu, bir-birinin işinə qarışmadığı cəmiyyətlərdə mətbuat rahatca özünün 4-cü hakimiyyət rolunu oynayır. Futbolinfo.az saytının profilinin yol verdiyi azadlıq çərçivəsində problemi anlatmağa çalışdım… Məni bir neçə yaxın dost, köhnədən münasibətim olan adamlar, eləcə də bəzi qrup yoldaşlarım təbrik edib. Mən isə ən azı hörmətli müəllimlərimdən Zeynal Məmmədlini təbrik edəcəm. Jurnalist kimi formalaşmağımda əməyi olan başqa müəllimlərə, eləcə də yazılarımı oxuyub hansısa şəkildə reaksiya bildirən hər kəsə də sevgi və hörmət hisslərimi çatdırıram".
 
Natiq Muxtarlı (Publika.az) : "Mətbuatın günü-güzəranı olsaydı, o heç vaxt mətbuat olmazdı ki… Avropada mətbuatı cəmiyyətin keşikçi iti sayırlar. Yəni mətbuat problemləri görür və xəbər verir. Bu baxımdan yanaşsaq, mətbuatın günü-güzəranı elə itin günü-güzəranı kimidi. Mətbuat yaxşı gündə olub ki, indi onu bu günə kimin saldığını axtaraq? Mətbuat ona görə bu gündədi ki, cəmiyyət bu gündədi. Deməli, günahkar da cəmiyyətdi, özümüzük. Heç kim yada salmadı, bir nəfərdən başqa. Səhər-səhər istedadlı yazarımız, şair Vasif Süleymandan təbrik mesajı aldım. Universitetdə oxuyarkən tələbə qəzeti buraxırdıq. Vasif Süleyman onda təcrübəli yazar kimi baş redaktorumuz idi. Yazmağı ondan öyrənirdik. Məncə, elə ən dəyərli təbrik də onun təbrikidi".
 
Amal Abuşov (köşə yazarı) : "GÜNümüzə şükür. Prinsipcə, Azərbaycan nə GÜNdədisə, mətbuatın GÜNü də ona oxşardı. Mətbuatın bu GÜNdə olmasının başqa səbəbi yoxdu. GÜNahkar axtarası olsaq, söhbətimiz çox uzanar. Ölkədə siyasi hakimiyyətin adıyla bağlı o qədər GÜN var ki, bizim GÜNümüz heç yada düşmür. Ona görə də AFFA Milli Mətbuatın GÜNünü də elə-belə yola verdi. Bu GÜNlərdə özümüzü, əlbəttə ki, təbrik edənlər var. Davamını "Qarabağ" gətirsin".
 
Rəşad Ergün (Komanda) : "İdman mətbuatının hansı gündə olduğu gün kimi aydındı. Futbolçularla, məşqçilərlə, klub funksionerləriylə müqayisədə idman mətbuatı küçədə oturub qəpik dilənən dilənçilərin vəziyyətindədi. Niyə belədi? Birincisi, mətbuatın özünün bu işdə günahı çoxdu. Həmin jurnalistlər həmin klubların oyunlarına, mətbuat konfranslarına qaçaraq gedir ki, o klublar onları adam yerinə qoymur, reklam əməkdaşlığını heçə sayır, aylarla borclu olduğu pulu ödəmir. Təbii, mən özümü və başında dayandığım "Komanda" qəzetini də nəzərdə tuturam. Biz bunu etməməliyik. Heç kim indi pulsuz iş görmür. Amma biz neçə illərdi Azərbaycan futbolu üçün demək olar ki, pulsuz işləyirik. Biz işləyirik, başqaları qazanır. Siyasi mətbuatda bu baxımdan vəziyyət bizdən dəfələrlə yaxşıdı. Yazı müsabiqələri olur, yaxşı jurnalistlərə tez-tez pul mükafatları verilir. Bəs AFFA, PFL bu baxımdan nə iş görür? Onların imkanı olsa, jurnalistlərin cibindəki qəpik-quruşu da əllərindən alarlar. Klublar da bu baxımdan idman mətbuatına düşmən kimi yanaşır. Bəlkə də onlar mətbuatla maddi əməkdaşlığı özləri üçün borc bilmirlər. Amma kimsə nəhayət, anlamalıdı ki, idman mətbuatının gəlir yeri olmalıdı. Bunu dövlət edəcək, AFFA edəcək, kim edəcək etsin, amma idman mətbuatı pulsuz işləməməlidi. Heç kimin də atasına borcumuz yoxdu".
 
Elgiz Abbasov (Futbol11.az) : "İlk növbədə mətbuat nümayəndələrini təbrik edirəm. Söhbət mətbuatın əsl nümayəndəsindən gedir. Yəni özünə və qələminə hörmət edən şəxslərdən. Əgər bir qələm nəyinsə təsirinə görə, düzü yox, yalanı, böhtanı yazırsa,  bu qələmin "müəlliflər"inə təbrik düşmür. Açıq danışsaq, mənə elə gəlir ki, bu sahədə işləyənə qiymət yetərincə verilmir. Bu fikrimlə razılaşan şəxslər yəqin ki, çox olar. Çox təəssüf edirəm ki, azad fikir söyləyən və əslində düzünü deyən mətbuata dəstək yoxdu. Üzəri qara buludla örtülmüş, çərçivəyə salınmış şəxslər bu gün əslində günəşli günlərdədi. Sözsüz, bu sahədə daha təcrübəlilər var. Və mənim milli mətbuatın durumu ilə bağlı ümumi rəyim olsa da, yol həmişə böyüklərindi. Sadəcə, deyim ki, idman mətbuatından götürsək, istedadlı nümayəndələrin sayı azalıb. Bunu da qəzetlərin yavaş-yavaş sıradan çıxması ilə əlaqələndirirəm. Hesab edirəm ki, qəzet məktəbi mütləqdi. AFFA-nın tədbirindən başqa, sabah velosiped sürməyə dəvət olunmuşam. Bundan əlavə, bir neçə gün öncə keçirilən stolüstü tennis turnirində vaxt olmadığı üçün iştirak edə bilmədim".
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm