Ölkə futbolu
"Çixura" – "Bursaspor" matçı sonrası qalmaqal (VİDEO)
Avropa Liqasının ikinci təsnifat mərhələsində baş tutan &quo…
Avropa Liqasının ikinci təsnifat mərhələsində baş tutan "Çixura" – "Bursaspor" matçı qonaqlar üçün yaxşı nəticələnməyib. Futbolinfo.az xəbər verir ki, Türkiyə təmsilçisinin mübarizəni dayandırması bir tərəfə, oyundan sonra Bursa təmsilçisinin oyununu işıqlandırmaq üçün Gürcüstana gedən jurnalsitləri döyüblər.
Matçsonrası mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizdenin açıqlamaları türkcəyə tərcümə olunmadığından türkiyəli jurnalistlər buna etiraz edib. Nəticədə mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb.
Mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər.
Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstandan üç saat gec ayrılıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”