Dünya futbolu
Ronaldo superkubokda da yoxdu
Kriştianu Ronaldo haqda yayılan sonuncu xəbər azarkeşləri ü…
Kriştianu Ronaldo haqda yayılan sonuncu xəbər azarkeşləri üzüb. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ının qolçusu UEFA superkuboku uğrunda matçda iştirak etməyəcək.
Bu barədə klubun baş məşqçisi Karo Ançelotti məlumat verib.
İtaliyalı mütəxəssis zədəsini yenicə sağaldan futbolçunu "Sevilya" ilə görüşdə riskə atmayacağını bildirib: "Ronaldo fərdi məşqlərini davam etdirir. Superkubokda onu risk etməyəcəm. Çünki komanda ilə birgə yetərincə məşq etməyib. "Sevilya" ilə matçdan sonra komandaya qoşulacaq və onu yeni mövsümə hazır saxlamağı düşünürəm".
Qeyd edək ki, "Real" – "Sevilya" oyunu avqustun 12-də keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”