Müsahibə
Vaqif Cavadov: "Heç-heçə daha yaxşı nəticə olardı"
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaq…
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, o, Bakıdakı 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını da cavablandırıb:
– İlk oyunda Bolqarıstana məğlub olduz. Bu oyunu necə dəyərləndirərdiz?
– Nə deyə bilərəm ki? Vuruşduq, əlimizdən gələni etdik. Son dəqiqələrdə səhvimizdən qol buraxdıq. İstəyirdik ki, qələbə qazanaq. Məncə, yaxşı oyun göstərdik. Nəsə alınmadı. Meydançanın vəziyyətinin belə olması da oyunumuza təsir edən amillərdəndi. Son dəqiqələrdə buraxdığımız qol oyunun gedişinə təsir etdi. Yenə də 1:1 hesablı nəticə yaxşı olardı.
– Öz oyununuzdan razı qaldız?
– Siz də bilirsiniz ki, mən heç vaxt öz oyunumu analiz etmirəm. Hər halda kənardan daha yaxşı görünür.
– Hesab 1:1 olanda deyəsən bərabərliklə razılaşmışdız?
– Yenə deyirəm, uşaqların hamısı istəyirdi ki, qələbə qazanaq. Meydançanın vəziyyəti çox pis idi. Əlbəttə ki, bunu bəhanə etmək olmaz. Sadəcə olaraq, iki səhvimizə görə qol buraxdıq. Uşaqlar da hamısı vuruşdu. Buna görə də kimisə qınamaq olmaz. Hər kəs öz oyununu bir daha analiz edəcək. Hər kəsin yaxşı oyunu da olur, pis oyunu da. Amma yenə deyirəm ki, bu gün yaxşı oyun nümayiş etdirdik.
– Məğlubiyyətin səbəbi nə idi?
– Son dəqiqələrdə qol buraxmağımız pis oldu. Biz həmişə oyunun son dəqiqələrində qol buraxırıq. Ona görə də belə aqibətlə üzləşirik. Halbuki, ilk qoldan sonra hesabı da bərabərləşdirmişdik və bir qədər diqqətli oynasaydıq, ən azı bir xala qazana bilərdik.
– Baş məşqçiniz Berti Foqts oyundan sonra açıqlamasında dedi ki, 70 dəqiqədən sonra oyunçular yoruldu…
– Bunu baş məşqçi deyir. Mən futbolçuyam, bir söz deyə bilmərəm.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”