Premyer-liqa
"Simurq" "Qarabağ" üçün başlayır
Topaz Premyer Liqasının 5-ci turunda doğma arenada "Qəbələ&…
Topaz Premyer Liqasının 5-ci turunda doğma arenada "Qəbələ"yə məğlub olan "Simurq" bu gün növbəti oyunun hazırlığına start verəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın səhəri gün bərpa xarakterli məşqə çıxan Zaqatala təmsilçisi, bundan sonra bir günlük istirahətə buraxılmışdı.
Bu gün axşam saatlarında başlayacaq məşq prossesində bütün futbolçular iştirak edəcək. Zədə səbəbindən "Qəbələ" ilə oyunda meydana çıxa bilməyən Əli Gökdəmir, Vüqar Mustafayev və Murad Səttarlı da bugünkü çalışmalarda iştirak edəcək.
Qeyd edək ki, 6-cı turda "Simurq" səfərdə "Qarabağ"ın qonağı olacaq. Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. (klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”