Dünya futbolu
Millimizin rəqibi üçün bəd xəbər
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsin…
Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki rəqibi Xorvatiya yığmasının hücumçusu Mario Mandjukiç əməliyyat olunacaq. Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb hazırda Madrid “Atletiko”sunda çıxış edən 28 yaşlı futbolçunun burunu sınmasıdı.
Belə ki, O, Çempionlar Liqasının qrup mərhələsi ilk matçında “Olimpiakos”a qarşı çıxış edərkən xəsarət alıb. Yunan klubu ilə oyunda burunu sınan təcrübəli forvard yaxın günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, H qrupunda yer alan millimizin rəqibi Malta, İtaliya, Norveç, Bolqarıstan və Xorvatiyadı.