Dünya futbolu
“Bavariya” uzun müddətdən sonra yarımmüdafiəçisinə qovuşdu
İspaniya millisi və Münhen “Bavariya”sına Tiaqo Al…
İspaniya millisi və Münhen “Bavariya”sına Tiaqo Alkantara ilə bağlı şad xəbər gəlib. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu 6 aydan sonra yaşıl meydanlara qayıdıb.
Belə ki, ötən mövsüm “Hoffenhaym”la matçda (3:3) xəsarət alan yarımmüdafiəçi xeyli müddət yaşıl uzaq kənar qalmışdı. Alkantara bu səbəbdən Braziliyada keçirilən dünya çempionatında milli komandaya da çağırılmamışdı. Son məlumatlara görə artıq onun zədəsi sağalıb və komanda ilə məşqlərə çıxa bilir.
Qeyd edək ki, ispaniyalı ötən ilin iyununda ölkəsinin klubu “Barselona”dan Almaniya təmsilçisinə keçmişdi.