Dünya futbolu
Joze Mourinyo “Çelsi”də qocalacaq
"Çelsi" rəhbərliyi baş məşqçi Joze Mourin…
"Çelsi" rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə 10 illik müqavilə imzalamağı nəzərdə tutub. Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin direktoru Ron Qourley deyib:
"Mourinyo ilə 10 illik müqavilə imzalamaq istəyirik. Çünki o, bizi və komandanı yaxşı tanıyır. Onunla çalışmaq çox gözəldi. Bəzən elə açıqlamalar verir ki, təzyiq həm futbolçuların, həm də rəhbərliyin üzərindən götürülər. Onun sayəsində klub daha böyük uğurlara imza atacaq".
"Çelsi" Premyer Liqanın geridə qalan 4 turundan sonra 12 xalla zirvədə qərarlaşıb.