Bizi izləyin

Premyer-liqa

Autsayder hegemonluğuna son və ya "Bakı"nın ən pis günü

Topaz Premyer Liqasında 6-cı tur da geridə qaldı. Futbolinfo.az x?…

blank
Topaz Premyer Liqasında 6-cı tur da geridə qaldı. Futbolinfo.az xəbər verir ki, hesabat turu bır sıra maraqlı oyunlara səhnə olmaqla yanaşı, lider dəyişikliyi ilə yadda qaldı.
 
İlk oyun günündə "İnter"lə "Bakı" qarşılaşdı. Paytaxt derbisində demək olar ki, gözlənilən nəticə qeydə alındı. Çünki mövsümə çox yaxşı başlayan "bankirlər"in maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar"a xal verəcəyinə inanan yox idi. Lakin Kaxaber Sxadadzenin komandası İbrahim Uzuncanın yetirmələrinə qarşı kifayət qədər acımasız oynadı. Rəqib qapısından 7 cavabsız top keçirən meydan sahibəri "Bakı"ya tarixinin ən biabırçı məğlubiyyətini yaşatdı. Bu, həm də "İnter"in liderliyi ələ keçirməsinə şərait yaratdı.
 
Çünki ikinci oyun günündə meydana çıxan "Sumqayıt"ın uğurlu seriyası bu turda başa çatdı. Doğma meydanda AZAL-la üz-üzə gələn Aqil Məmmədovun yetirmələrinin qələbə qazanmasına inananlar olsa da, sözügedən komanda ümidləri doğrultmadı. Qeyri-sabit çıxışı ilə seçilən Tərlan Əhmədovun komandası isə sürpriz etməyi və lideri dəyişməyi bacardı.
 
Şənbə günü baş tutan digər oyunda "Xəzər Lənkəran" doğma meydanda "Araz Naxçıvan"la qarşılaşdı. Qeyri-sabit çıxış edən hər iki komandanın oyununda meydan sahibləri kiçik üstünlüyə malik idi. Hər halda doğma meydan amili cənubluların işinə yaradı. Tarixlərində ilk dəfə üz-üzə gələn komandaların görüşü məhz Oğuz Çətinin komandasının qələbəsiylə başa çatdı. Mövsümün açılış turunda "Neftçi" üzərində böyük hesablı qələbəyə sevinən Əsgər Abdullayevin komandası isə ondan sonra məğlubiyyətləri sıralamaqda davam edir.
 
Son oyun günündə öncə "Qəbələ" və "Neftçi" qarşılaşdı. Cari mövsümün favoritlərindən hesab olunan tərəflərin görüşü turun mərkəzi oyunu hesab olunurdu. Amma meydanda sərgilənən futbol və qeydə alınan qolsuz heç-heçə həmin adı doğrultmadı desək, yanılmarıq. Nəticədə, komandalar hərəyə bir xal qazanmaqla kifayətləndi.
 
Turun qapanış matçında isə son çempion "Qarabağ" "Simurq"u qəbul etdi. Bu oyuna ağdamlılar tam heyətlə çıxmamışdı. Baş məşqçi Qurban Qurbanov aparıcı futbolçulara istirahət verərək, əsasən ehtiyat qüvvəni döyüşə atmışdı. Buna baxmayaraq, ağdamlılar Georgi Çixradzenin komandasını minimal hesabla üstələməyi bacardılar. Beləcə, ötən mövsüm "Simurq"a qalib gələ bilməyən "Qarabağ" həmin uğursuzluqları yeni mövsümdə unutdurmağı bacardı.
 
Topaz Premyer Liqası
6-cı tur
 
İnter – Bakı 7:0
Qollar: Junior Nildo, 10; 19. Arif Daşdəmirov, 30. Baçana Sxadadze, 44; 49. Coşqun Diniyev, 73. Nizami Hacıyev, 86.
Sarı vərəqələr: Derlis Meza Kolli, 27 (rəqibi tutduğuna görə); Arif Daşdəmirov, 66 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabarov, İsgəndər Əliyev, Akif Əmrəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 1  dəq.
19 sentyabr 2014. Saat 19:00. “İnter Arena”, 300 tamaşaçı.
 
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo (10. Elvin Məmmədov, 69), 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 64), 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsıyev, 74).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 1. Aqil Məmmədov (k), 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 3. Yure Travner, 37. Mikayıl Rəhimov (30. Cəmşid Məhərrəmov, 30), 19. Elton Hüseynov, 22. Risto Ristoviç (11. Tural Qürbətov, 39), 7. Nuran Qurbanov (16. Rövşən Əmiraslanov, 78), 8. Lukas Mario Horvat, 18. Əziz Quliyev, 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 5. Georgios Palagios, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.
 
Xəzər Lənkəran – Araz Naxçıvan 2:0
Qollar: Qalin İvanov, 74. Ağabala Ramazanov, 88.
Sarı vərəqələr:  Rasim Ramaldanov, 36 (Qeyri idman hərəkəti); Qalin İvanov, 87 (Qeyri idman hərəkəti) – Ruslan Zubkov, 45 (Qeyri idman hərəkəti); Tural Hümbətov, 50 (Oyunun bərpasını ləngitdiyinə görə),  Saşa Yunisoğlu, 81 (Qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə 3-  dəq.
20 sentyabr 2014. Saat 19:00. Xəzər Lənkəran mərkəzi stadionu. 6500 tamaşaçı.
 
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 6. Rəşad Sadiqov, 10. Elnur Abdullayev (8. Qalin İvanov, 46), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov (7. Sadio Tounkara, 67), 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko (18. Tural Cəlilov, 27).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 39. İlqar Ələkbərov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov, 9. Qərib İbrahimov (3. Əlimirzə Daşzərini, 24), 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov (15. Ruslan Nəsirli, 81), 21. David Janelidze (23. Elnur Abdulov, 71), 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 5. Cavid Həsənov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev.
Baş məşqçi: Əsgər Abdullayev.
 
Sumqayıt – AZAL 0:1
Qol: Freddi Mombonqo, 24.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 48 (Qeyri idman hərəkəti); Vurğun Hüseynov, 54 (qeyri idman hərəkəti); Slavik Alxasov, 89 (qeyri idman hərəkəti) – Şəhriyar Rəhimov, 51 (qeyri idman hərəkəti); Kərim Diniyev, 69 (qeyri idman hərəkəti); Freddi Mombonqo, 75 (qeyri idman hərəkəti); Oskar Klava, 82 (qeyri idman hərəkəti); Novruz Məmmədov, 85 (qeyri idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə -yoxdur ; II hissədə 4 –  dəq.
20 sentyabr 2014. Saat 17:00. “Kapital Bank Arena” stadionu. 1600 tamaşaçı.
 
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur (22. Tofiq Mikayılov, 62), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov (86. Fərid Quliyev, 75), 18. Aleksandr Çertoqanov, 77. Təvəkkül Məmmədov (9. Orxan Əliyev, 62), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 17. Ramazan Abbasov, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu (21. Novruz Məmmədov, 66), 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor İqbekoyi, 89), 11. Con Kordoba (10. Tomi Kostadinov, 86), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 7. Təmkin Xəlilzadə, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
 
Qəbələ – Neftçi 0:0
Sarı vərəqələr: Adrian Ropotan, 13 (Sistematik qayda pozuntusuna görə); Ruslan Əmircanov, 28 (Qeyri idman hərəkəti), Pavol Farkaş, 90+3 (Qeyri idman hərəkəti) – Mirhüseyn Seyidov, 37 (Qeyri idman hərəkəti); Məqsəd İsayev, 39 (Qeyri idman hərəkəti); Kaue da Silva, 79 (Qeyri idman hərəkəti), Erik Ramos, 88 (Qeyri idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə yoxdur ; II  hissədə 4 dəq.
21 sentyabr 2014. Saat 18:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı.
 
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal (4. Elvin Camalov, 53), 9. Viktor Mendi (21. Yazalde de Pinto, 84), 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun (11. Andrey Kristya, 89).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay (21. Samir Məsimov, 74), 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev (16. Bruno Bertuççi, 57), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (15. Erik Ramos, 77), 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Arif Əsədov.
 
Qarabağ – Simurq 1:0
Qol: Vüqar Nadirov, 64.
Sarı vərəqələr: Benjamin Lambot, 71 (Sistematik qayda pozuntusu); Vadim Abdullayev, 89 (Qeyri idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə – 3 dəq.; II hissədə – yoxdur.
21 sentyabr 2014. Saat 20:00. Tofiq Bəhramov adına Respublika stadionu, 200 tamaşaçı.
 
Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev (25. Ansi Aqolli, 68), 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (20. Riçard Almeyda, 58), 99. Namiq Ələsgərov (9. Reynaldo Silva, 58).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 33. Şəhriyar Əliyev, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 35. Amil Ağacanov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov (9. Lukas Treşnyak, 70), 8. Patrik Osiako (5. Vadim Abdullayev, 60), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov (13. Əli Gökdemir, 81), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

 

1 İnter 6 4 1 1 19 3 +16 13
2 Sumqayıt 6 4 0 2 8 7 +1 12
3 Neftçi 5 3 1 1 4 4 0 10
4 Qəbələ 6 3 1 2 6 7 –1 10
5 Qarabağ 5 2 2 1 6 5 +1 8
6 Xəzər L 6 2 1 3 4 5 –1 7
7 AZAL 5 2 1 2 4 7 –3 7
8 Simurq 5 2 0 3 6 5 +1 6
9 Araz N 5 1 0 4 4 7 –3 3
10 Bakı 5 0 1 4 3 14 –11 1
 
Bombardirlər:
4
– Mikel Alvaro (İnter)
3 – Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm