Bizi izləyin

Premyer-liqa

Səhvlərin müəyyənləşdirdiyi nəticə

Paytaxt Bakıdan uzaqlaşdıqca insan özünə yaxınlaşır, …

blank
Paytaxt Bakıdan uzaqlaşdıqca insan özünə yaxınlaşır, türklər demiş, kəndinə gəlir. Tıxac dolu küçələr, səs-küylü ortamlar, basabas olan avtobuslar insanı yorur, haldan salır. Bu məqamda Topaz Premyer Liqasında çıxış edən əyalət klubların varlığına şükür edirsən.
 
Bu dəfə də səs-küylü paytaxtımızdan uzaqlaşmaq xoşbəxtliyinə mən nail olmuşdum. Bəzilərinin “7 gözəl”ə 8-ci gözəllə getdiyi Qəbələyə bu şəhərin komandası ilə “Xəzər Lənkəran”ın matçını işıqlandırmaq üçün səfər etmişdim. Havaların getdikcə soyuduğunu, Qəbələnin də dağların qoynunda yerləşdiyini nəzərə alaraq, “ehtiyat igidin yaraşığıdı” deyiminə əməl edib, bir qədər tədbirli davranmışdım. Hər an təbiətin şıltalığına hazır idim.
Amma mənzil başına çatanda tam fərqli mənzərə ilə qarşılaşdım. Bakıdakı solğun havadan fərqli olaraq, oyun günü Qəbələdə möhtəşəm hava var idi. Artıq “ehtiyat igidin yaraşığıdı” deyiminə əməl etdiyim üçün peşman olmağa başlamışdım.
 
Stadiona toplaşanların tum yarışması
 
Matçın keçirilməsi üçün Qəbələ şəhər stadionun ot örtüyü ideal vəziyyətə gətirilmişdi. Bu mövsümdə ot örtüyünün yam-yaşıl qalmasını və qazonda nəzərə çarpacaq çatışmazlığın olmaması həqiqətən də təqdirəlayiqdi. Belə yaşıl meydanda komandaların öhdəsinə yalnız gözəl futbol nümayiş etdirmək düşürdü.
 
Matçın başlanğıcında diqqətimi çəkən məqamlardan biri tribunaya toplaşan azarkeşlər oldu. Yerli komandanın fan-klubundan başqa, arenaya toplaşan digər insanlar komandalarını dəstəkləmək əvəzinə tum çırtlamaqla məşğul idi. Elə azarkeşlər də var idi ki, stadiona bir yox, bir neçə tum torbası ilə gəlmişdi. Sanki kim tumu daha tez çırtlayıb, qurtaracaq deyə bir-biriləri ilə yarışırdılar.
 
Ən maraqlı məqam isə tumları qurtaran azarkeşlərin qarşılaşmanın sonunu gözləmədən stadionu tərk etmələri oldu. Onu dəqiq bilirəm ki, qarşılaşmadan sonra stadionun təmizliyi ilə məşğul olan şəxslərin işləri çox olacaqdı. Demək olar ki, tum çırtlayanlar, komandalarını dəstəkləyənlərdən daha çox idi…
 
Bir sözlə, futbolçulara əlavə motivasiya vermək üçün stadiona toplaşan yerli azarkeşlər, daha doğrusu tamaşaçılar doğma komandalarının qələbə qazanması üçün heç bir addım atmadı.
 
Digər səfər matçlarında olduğu kimi bu dəfə də “Xəzər Lənkəran” dəstəksiz qalmışdı. Klub azarkeşlərin təhlükəsizliyinə görə fanatların səfər oyunlarına aparılmadığını desə də, bu, heç də inandırıcı deyil. Cənubluların uğursuz çıxışını yeni mövsümdə də davam etməsi getdikcə lənkəranlı azarkeşləri klubdan soyudur.
 
Ciddi dəyişiklərin hiss olunmadığı iki komanda
 
Bazar günü baş tutan qarşılaşma eyni səviyyədə olan komandaların oyunu idi. Bəlkə də bu üzdən komandaların ifasında 90 dəqiqə ərzində baxımlı oyunun şahidi olmadıq. Tərəflər tez-tez top itkilərinə yol verir, hücumlar yarımçıq dayanırdı. Cinahlardan edilən hücumların da kəsərsi yox idi. Vurulan qollarda isə müdafiəçilərin sayıq davranmamasını xüsusi ilə qeyd etmək lazımdı.
“Qəbələ” və “Xəzər Lənkəran” 7 tur ərzində hələ öz oynunu tapa bilməyib. Hər iki komanda kollektiv futbol sərgiləməyə çətinlik çəkir. “Qırmızı-qaralar”ın hücumları lazımi sonluqla başa vurmamaq problemini “ağ-yaşıllılar” da yaşayırdı. Qonaq komandada Rauf Əliyevin hücumda tək qalması bu matçda da öz sözünü dedi. Ev sahibinin baş məşqçisi Dorinel Muntyanunu əlavə qüvvə kimi meydana buraxdığı Viktor Mendi də nəticəni dəyişə bilmədi. Beləliklə, bəxt sayəsində hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrıldı.
 
Çətinin bəhanəsi, Muntyanunun məyusluğu
 
Qarşılaşmadan sonra mətbuat konfransında təşrif buyuran qonaq komandanın baş məşqçisi Oğuz Çətin bu dəfə də baxımsız oyuna bəhanələrlə şərh verdi. Türk çalışdırıcı yenə əvvəlki açıqlamalarını təkrar edərək, öz fərasətsizliyini ört-basdır etməyə çalışdı. O, müdafiədə etdikləri səhvdən sonra qapılarında qol gördüklərini bildirsə də, cavab qolunu elə rəqib müdafiəçilərin səhvindən sonra vurduqlarını unutmuşdu. Belə getsə, hər mövsümün başlanğıcında “biz çempion olacağıq” deyən lənkəranlıların arzusu elə hər il ürəklərində qalacaq.
 
Yay fasiləsində baş məşqçinin təlim-məşq toplanışı keçmək üçün əla imkanı olsa da, hələ ki, 7 tur ərzində onun komandada gördüyü işlərin nəticəsinin şahidi olmuruq. Çox keçməz, elə klub rəhbərliyi də bunu əsas gətirərək, türk çalışdırıcı ilə yolları ayırar. Onun yerinə isə komandaya idman direktoru kimi gətirilən Yunis Hüseynov hər an keçə bilər. Artıq Hüseynovun hazırlıqlara başladığınn da şahidi olduq. O, qarşılaşmadan əvvəl baş məşqçi kimi bəzənib, meydanın kənarında futbolçuların isinmə hərəkətlərini izləyirdi. Oyun ərzində isə futbolçulara hətta Çətindən də fəal göstəriş verirdi.
 
Üzündə gərginlik olan “Qəbələ”nin baş məşqçisi Muntyanu da mətbuat konfransında iki xal itirdiklərin bildirdi. Görünür, baş məşqçi komandasının ürəkaçan futbol oynamadığını unutmuşdu. Yaxud da rumın çalışdırıcı müdafiədə səhvə yol verdikdən sonra qapılarında cavab qolunu görmələrini həzm edə bilmirdi. Buna görə də Muntyanu məyusluğunu gizlətmədi.
 
Rumın məşqçi oyundan əlavə, milli komandalara görə yaranan fasilədən də şikayətləndi. O, bu fasiləni “faciə” adlandırmaqla, narazı olduğunu, ilk dəfədi Azərbaycanda belə halla rastlaşdığını bildirdi. Düzdü, bu, baş məşqçinin haqlı iradı ola bilər. Amma nəzərə almaq lazımdı ki, fasilə ən çox “Qəbələ”nin işinə yarayacaq. Çünki komandada görüləcək işlər həddindən artıq çoxdu. Çalışdırıcı şikayətlənməkdənsə, fasilədən yararlanıb komandasında olan problemləri azaltsa, oyun tərzinə əl gəzdirsə, daha yaxşı olar. Bu oyunla “Qəbələ”nin uğur qazanması çox çətin olacaq.
 
Çətin üçün asan “tapşırıq”
 
Bu qarşılaşma həm də əcnəbi məşqçilərin dueli idi. Düzdü, Oğuz Çətin qardaş Türkiyədən olsa da, mətbuat konfransında qardaşlığını hiss etdirmədi. Belə ki, Azərbaycan dilində ona verdiyim sualı başa düşməkdə çətinlik çəkdiyi üçün mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun köməyinə ehtiyac duydu. Fikrini bildirdikdən sonra redaksiya tapşırığına uyğun olaraq, Çətinə jest etdim. Belə ki, mən də gözəl başa düşdüyüm cavabın tərcümə edilməsini istədim. Türk çalışdırıcı qardaş dili anlamırsa, biz də özümüzü başa düşməmiş kimi göstərdik ki, ona dərs olsun. Bəlkə düz etmədim?..
 
EMİN SƏFƏROV, Bakı – Qəbələ – Bakı
Reklam

Reklam


blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Digər idman növləri2024-04-26 10:32

Zaqrebdə növbəti sınaqlar

blank
Ölkə futbolu2024-04-26 10:17

Samir Abasov Laporta ilə görüşdü

blank
Digər2024-04-26 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-26 09:42

Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir

blank
Digər idman növləri2024-04-26 09:25

“Ferrari” ilə HP arasındakı müqavilənin dəyəri

blank
Ölkə futbolu2024-04-26 09:08

“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”

blank
Digər idman növləri2024-04-26 08:51

Basketbolçular məktəbdə sorğu-suala tutuldu

blank
Dünya futbolu2024-04-26 08:34

Muslera milli karyerasını başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm