Milli komanda
Xorvatiya mətbuatı: “Berti Foqts qovulacaq”
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti …
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun gələcək taleyi Xorvatiya mətbuatının da gündəmindədi. Futbolinfo.az xəbər verir ki, yerli vecernji.hr saytı və digər mətbu orqanları almaniyalı mütəxəssisin yığmamızdan qovulacağını yazıb.
Həmin mənbələrdə qeyd olunur ki, artıq yığmanın futbolçuları da Foqtsun anlaşılmaz taktikalarından bezib və ona qarşı çıxırlar. Mətbuat millimizin müdafiəçisi Rasim Ramaldanovun da açıqlamasını yayımlayaraq, onun və digər milli komanda üzvlərinin artıq Foqtsun taktikasına və təcrübəsinə etibar etmədiklərini və şübhə ilə yanaşdıqlarını bildirib. “Foqtsun işi bitib” başlıqlı yazıda almaniyalının Azərbaycandakı fəaliyyətinin kəskin tənqid olunduğu və futbol ictimaiyətinin onu istəmədiyi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki son matçda Xorvatiyaya 0:6 hesabı ilə uduzub.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron