Dünya futbolu
Ötən derbinin davakarları yenə iş başında
Mövsümün əvvəlində Türkiyə Superkubokundakı q…
Mövsümün əvvəlində Türkiyə Superkubokundakı qalmaqallı oyundan sonra “Qalatasaray” və “Fənərbaxça” həftəsonu Türkiyə Superliqasında qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, matçdan əvvəl hər iki klubun düşərgəsində yenə gərginlik hiss olunur. Ötən derbidə mübahisə edərək diqqət mərkəzinə düşən Volkan Demirel və Felipe Melo bu dəfə də adekvat açıqlama veriblər.
Volkan bu sözlərlə yadda qalıb: “Qalatsaray"la oyunun nə anlama gəldiyini hamı bilir. Həmişəki kimi "TT Arena"ya 3 xal üçün gedəcəyik. Zədəm tam sağalmayıb. Amma ayağım qopsa da, "Qalatasaray"a qarşı oynamaq istəyirəm. Matçdan əvvəl məlum insana (red. Melo) demək istəyirəm ki, yenə təxribat etməsin. O "Pitbull" yəqin dərsini alıb. Almayıbsa, dərsini yenə vərərik".
Melo isə Volkana belə cavab verib: "Onun sözlərini ciddi hesab etmirəm. Mən meydanda cavab verirəm. Volkanın mənə düşmənçiliyini həqiqətən anlaya bilmirəm..Mənə dərs verəcəyini deyib. Braziliyada Volta-Redonda şəhərinin küçələrində böyümüşəm. Heç kimdən qorxum yoxdu. Ümid edirəm derbi sakit keçər və "Qalatasaray" qələbə qazanar".
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”