Dünya futbolu
“Yuventus” Vidalın qiymətini artırdı
"Mançester Yunayted" rəhbərliyi "Yuventus"…
"Mançester Yunayted" rəhbərliyi "Yuventus"un futbolçusu Arturo Vidalın transferində israrını davam etdirir. Futbolinfo.az xəbər verir ki, son iddialarda İtaliya nəhənginin çilili yarımmüdafiəçini 60 milyon avro qarşılığında satmağa razı olub.
İngilislər bu məbləği ödəyəcəyi halda transfer reallaşacaq. Van Qalın gəlişindən sonra heyəti tamamilə yeniləmək istəyən Mançester klubunun bu transferi qışda həll edəcəyi bildirilir.
Qeyd edək ki, Vidal ötən günlərdə “Yuve” rəhbərliyi arasında problem olduğu iddialarını təkzib etmişdi.