Ölkə futbolu
"Qarabağ" Ukraynada dəstəksiz qalmayacaq
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən …
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu səfərdə Ukrayna “Dnepr”inin qonağı olacaq.
Əldə etdiyimiz məlumata görə təmsilçimiz səfərdə də dəstəksiz qalmayacaq. Belə ki, bir neçə gün bundan öncə Kiyev şəhərinə yola düşən “İmarət” fan klubunun üzvləri Ukraynanın paytaxtında öz hazırlıqlarını görüblər. Ukraynada təhsil alan və orada yaşayan azərbaycanlılar da ağdamlılara dəstək üçün stadiona axışacaq. Azarkeşlərin sayı 200 nəfərdi və onlar 2-ci sektorda öz yerlərini tutacaq. Bundan başqa matçın paytaxtda keçirilməsi qarşılaşmaya marağı azaldıb. Belə ki, ev komandasını dəstəkləyən azarkeşlərin sayı elə də çox olmayacaq. Üstəlik, "Dnepr"in azarkeşləri üçün nəzərdə tutulmuş sektorlara da azərbaycanlı fanatlar bilet alıb.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 00:05-də start götürəcək.