Ölkə futbolu
Şəhər meri "İnter"in baş məşqçisini mükafatlandırdı (FOTO)
Bakı "İnter"inin baş məşqçisi Kaxaber Tsxadadze …
Bakı "İnter"inin baş məşqçisi Kaxaber Tsxadadze ölkəsi Gürcüstanda mükafatlandırılıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis anadan olduğu Rustavi şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.
Mərasimdə şəhər meri David Cikiya və digər rəsmi şəxslər də iştirak ediblər. Tədbirdə veteran futbolçunun şəhərin idman sahəsində xidmətləri yüksək qiymətləndirilib.
Qeyd edək ki, 2009-cu ildən "İnter"i çalışdıran Tsxadadze Gürcüstanın Rustavi şəhərində anadan olub, bu şəhərdə futbolla tanış olub, futbolçu kimi ilk peşəkar addımlarını da bu şəhərdə atıb.
(Klub saytı)