Bizi izləyin

Ölkə futbolu

Onları… təəssüfləndirən Qurban

Kiyev zəfəri… Bu, artıq sıradan qələbə, adi zəfər deyil. …

blank
Kiyev zəfəri… Bu, artıq sıradan qələbə, adi zəfər deyil. Bu, əksəriyyəti sevindirən, bir qrup insanları təəssüfləndirən uğurdu.
Anlayan üçün hətta “Qarabağ”ın Avropa Liqasının qrupuna vəsiqə qazanması belə çox şeydi. Futbol adına Azərbaycan markasının təsdiqi, imicin nümayişi, bütün dünyanın diqqət mərkəzində olmaq baxımından ağdamlıların etdiyi qürur duyulası məqamdı. Hələ komandanın tarixi torpaqlarımızın adını daşıması, yaralı yerimiz olan məkanı təmsil etməsi faktı bizə əlavə siyasi dividentlər gətirməklə yanaşı, düşmən ürəyinə saplanan oxdu.
“Qarabağ”ın hər uğuru düşmənlərin başına qaynar suyun tökülməsi deməkdisə, biz bunun fərqinə varmadan bayramı qeyd etməliyik. “Sent Etyen”lə Bakıdakı görüşdə sərgilənən parlaq oyun qələbə gətirməmişdisə, əvəzində ümid qığılcımı yaratmışdı. İtaliyada “İnter”ə yalnız qitə kuboklarında böyük təcrübənin olmaması üzündən uduzan “Qarabağ”, nəhayət, layiq olduğu qələbəni Ukraynada qazandı. Artıq hamımızın iştahı böyüyüb, indi Qurban Qurbanovun qrupda ikinci olan yetirmələrindən növbəti mərhələyə vəsiqə gözləyirik.
“Qarabağ”ın yendiyi komanda “Skenderbeu”, “Koper” deyil, Ukrayna futbolunun liderlərindən biridi. Bu komandanı səfərdə yenmək isə çoxlarının yalnız arzuladığı nəticədi. Ağdam klubu rəhbərliyinin neçə vaxtdı komanda üçün yaratdığı şəraitin, məşqçi heyətinin qurduğu işlək mexanizmin, futbolçuların alın tərinin nəticəsi…
“Qarabağ”ın oyununa baxanda əsl Avropa komandası görürsən, ürəyində nəticəyə görə hansısa qorxu olmur, futboldan zövq ala-ala uğurlu nəticənin reallaşmasını görürsən. Stressiz, həyəcansız, can rahatlığı ilə… Bu komandanın matça bu qədər itki ilə çıxıb belə rahat, ağıllı oynadığını görəndə isə istər-istəməz qarşıdakı 2 ev oyununda da qələbə və sonda qrupdan çıxmağına ümid edirsən.
Qurbanova belə komanda yaratdığı üçün təşəkkür etmək azdı. Çünki sakitcə, başını aşağı salaraq işini görən gənc mütəxəssis həm də azərbaycanlılara hörmət göstərməyin vacibliyini sübut edir. Onun timsalında yerli məşqçilərə etibar etməyin, güvənməyin vacibliyini görürük. Qurban bəy isbatlayır ki, vaxt verildiyi, minimal şərait yaradıldığı halda yerli mütəxəssislər lüzum olmadan ölkəmizdə hər cür etimad görən əcnəbilərdən bir baş üstündü.
“Qarabağ” qrup mərhələsində ilk qələbəmizi səfər oyununda qazanmaqla tarixi uğura imza atdı, eyni zamanda digər komandalara da konkret hədəflər müəyyənləşdirdi. İndi daha pley-offa vəsiqə qazanmaq nəticə sayılmayacaq, bütün klublarımız üçün qrup mərhələsinə yüksəlmək minimal hədəf olacaq. “Neftçi”, “İnter”, “Qəbələ”, “Xəzər Lənkəran” üçün. Artıq bəhanələr yetərli olmayacaq, ağdamlılar gərgin sistemli işin sayəsində hər şeyin mümkün olduğunu hamıya sübut edir.
“Qarabağ”ın sayəsində Böyükağa Hacıyevin minnətindən də qurtulduq. Daha o, ən çox xal toplayan, ən uğurlu məşqçi olması barədə nağıllar danışmayacaq. Onun başqasının gücünə etdiklərini Ağdam klubu gözəl oyunla bacarır. “Neftçi”nin 6 oyuna qazandığı 3 xal həddini Qurbanov “Dnepr” qələbəsi ilə arxivə atdı.
Qurbanov həm də onu milliyə yaxın buraxmaq istəməyən, potensialına inanmayan AFFA-nın baş katibi Elxan Məmmədova işiylə jest etdi. Berti Foqtsun ətəyində namaz qılanlar bundan sonra da ayılmayacaqsa, vay bizim halımıza.
Alman çalışdırıcı az qala hər açıqlamasında Qurbanova söz atır, onun güclü əcnəbilər, xüsusilə braziliyalılar sayəsində uğur əldə etdiyini deyirdi. “Dnepr”lə oyuna çıxanların siyahısına baxın: Qurbanov Foqtsun millidə oynatdığı geydirmə azərbaycanlılardan da az sayda əcnəbi ilə ukraynalıları yendi. Bundan başqa braziliyalılardan ikisi zədə üzündən oyunu buraxdı, Reynaldo son oyunlarda olduğu kimi yenə dişsiz idi, daha bir aparıcı futbolçu – Leroy Corc da yox idi. “Qarabağ” oyunu millidə miskin günündə oynadılan yerlilərin sayəsində qazandı.
Bütün bunları sadalayanda əmin olursan ki, “Qarabağ”ın uğuru yalnız mənfi qonşularımızın ürəyini dağlamayıb. Kiyev zəfərinə bizə tanış olanlar arasında da da təəssüflənənlər var. Qoy həmişə onların nəsibi elə təəssüflənmək olsun…
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Dünya futbolu2024-04-27 10:25

Konte yenə baş məşqçi olacaq

blank
Dünya futbolu2024-04-27 10:04

Enzo Fernandes üçün mövsüm erkən bitdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm