Ölkə futbolu
Cavadovla Hacıyevin klubu daha bir məğlubiyyətə üzüldü
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunlar…
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Budak bu matçın iştirak ərizəsinə daxil edilməyib. Cavadov oyuna 15-ci, Hacıyev 73-cü dəqiqədə qoşulub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 4 xalla 17-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”