Ölkə kuboku
Hədəfdə yenə Sultanpurdu
Ölkə kubokunun 1/8 final mərhələsi çərçi…
Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Sumqayıt” – “Bakı” oyununda yenə bir nəfər hədəfdə idi. Qolsuz bitən, qalibin yalnız penaltilər seriyasında müəyyənləşdiyi matçı izləməyə gələn yerli fanatlar bu dəfə də Kiyan Sultanpuru hədəfə almışdı.
“Sumqayıt”ın milliləşmiş üzvü ikinci hissədə bir neçə real şansı boşa verincə, onun yersiz top itkilərindən, ümumiyyətlə, inamsız çıxışından bezən 100-dək fanat narazılığını aşkar bildirdi. Futbolçunu təhqir etməkdən belə çəkinməyən azarkeşlər məşqçiləri onu oyuna buraxdığına görə qınamaqdan da çəkinmirdi.
Xatırladaq ki, heyətə bu il cəlb olunan Sultanpurun oyunu bundan əvvəlki qarşılaşmalarda da yerli fanatların etirazına səbəb olmuşdu. Ancaq deyəsən, onun transferindən əməlli-başlı qazanmış rəhbərlik üçün azarkeş marağı əhəmiyyətli deyil.