Premyer-liqa
“Qəbələ”nin futbolçusu huşunu itirib, yerə yıxıldı – FOTO
Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” evdə “Qəbələi”ni qəbul edir.
Hazırda “Bayıl Arena”da davam edən qarşılaşmada arzuolunmaz hadisə yaşanıb. Belə ki 1-ci hissənin gedişində qonaqların heyətində məcburi əvəzetmə olub. Qəbələlilərin futbolçusu Markinyos (Markus Vidal) topsuz epizodda huşunu itirərək yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra meydançanın kənarına çıxarılan oyunçu qarşılaşmaya davam edə bilməyib və yerini Bəxtiyar Sultanova verib.
Qeyd edək ki, Lənkəran şəhər stadionunun ot örtüyü yaxşı vəziyyətdə olmadığı üçün qarşılaşma Bayılda keçirilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”