Bizi izləyin

Digər idman növləri

20 illik dövrün sonu

blank
blank

Son 20 il ərzində “Uimbldon” turnirində yalnız 4 nəfər çempion olmuşdu. Rodjer Federer, Rafael Nadal , Endi Marrey və Novak Cokoviç kuboku kimsəyə vermirdi. Dünən həmin dördlükdən biri kuboku qorumağa çıxmışdı.

Federerin karyerasını bitirməsi, Nadalın zədəsi, Marreyin isə zədədən sonra əvvəlki gücünə qayıda bilməməsi Cokoviçi gənc nəsil qarşısında tək qoyub. Ötən il Nik Kiriyos, ondan əvvəl isə Mateo Berrettinini rahat şəkildə məğlub edən Novak bu dəfə Karlos Alkarası öz yerinə oturtmalıydı.

35 dəfə “Böyük dəbilqə” finallarına çıxan Novakın şansları daha üstün göstərilirdi. Bu qədər final oynayan insanın təcrübəsi rəqibin bütün gücünə bərabər bir şeydir. Üstəlik, Novak 4 turnirdir ki, “Uimbldon”da kimsəyə uduzmur. Mərkəzi kortda sonuncu məğlubiyyəti isə düz 10 il əvvəl olub. Ardıcıl 4 çempionluğu olan Cokoviç bu dəfə qələbə qazanmaqla Federerin 8 “Uimbldon” kuboku rekorduna ortaq olmaq istəyirdi. Bundan başqa ardıcıl 5 çempionluq da turnirin tarixinə düşəcək bir göstəriciydi.

Bütün bunlardan başqa 24 dəfə “Böyük dəbilqə” qazanmaq şansı da var idi. Bu isə bütün tennis tarixinin ən yüksək göstəricisinə ortaqlıq demək idi. Bugünə qədər yalnız Marqaret Kort belə bir zirvəyə çatıb. Kişilərdə isə belə bir göstərici kimsəyə qismət olmayıb.

Daha bir stimul təqvim dəbilqəsidir. Tennisdə il ərzində “Böyük dəbilqə” seriyasının bütün yarışlarında çempionluq yürüşü davam edəcəkdi. Xatırladaq ki, bu il Novak həm Avstraliyada, həm də Fransada çempion olub. Melburndakı turnirdə Karlos Alkarasın zədə səbəbilə olmaması, Nadalın da zədələnib çıxması müəyyən qədər Cokoviçə yardım etmişdi. Serb tennisçinin bəxti “Roland Qarros”da daha çox gətirmişdi. Fransa kortlarının kralı Nadalın yoxluğu və yarımfinalda Alkarasla oyunda gənc tennisçinin 3-cü setdə zədələnməsi Cokoviçin 23-cü titulu qazanmasına gətirib çıxarmışdı.

Çoxları “Uimbldon”da da serbiyalının çempion olacağını proqnozlaşdırırdı. Turnir yolu Novak üçün çox rahat idi. Püşkün nəticəsinə görə onun tərəfində otda yaxşı oynamağı bacaran ən güclü tennisçi Yannik Sinner idi. Doğrudur, polyak Hurkaç da yaddan çıxmamalıdır. Lakin onun oyunu sırf servislərdən asılı olduğuna görə Novak bu qəbildən olan tennisçiləri karyerasında dəfələrlə rahatlıqla məğlubiyyətə uğradıb. Sinner isə bəlkə də nəvaxtsa Londonda çempion olacaq. Lakin hələlik Novak qarşısında qorxu hissi italyan tennisçinin nəyə qadir olduğunu göstərməsinə imkan vermir.

Alkaras tərəfdə isə 2 il əvvəl burada final oynayan Berrettini və dünyanın 1 nömrəsi olmağa iddialı, artıq “Böyük dəbilqə” qazanmağın nə olduğunu bilən Medvedev var idi. Hər ikisini keçsə də, finalda yenə Novak favorit idi. Əsas səbəb isə Karlosun belə kortlarda elə də güclü olmaması idi. Torpaqda və yumşaq sintetik örtüklərdə güclü olan Alkaras “Uimbldon”un örtüklərinə yavaş-yavaş alışaraq finala gəlib çatmışdı.

Fransada yarımfinaldakı zədə və Novaka məğlubiyyət psixoloji təzyiqi bir qədər də artırırdı. Belə şeylərdən maksimal şəkildə yararlanmağı bacaran Cokoviçin daha üstün olduğu yazılanlardan anlaşılır. Tennis tarixində rəqibin sinirlərini oynatmağı Cokoviçdən yaxşı bilən tennisçi olmayıb. Bu işdə serb professordur.

Beləliklə, hamının gözlədiyi final oyunu.

1-ci set

İlk setdə mübarizədən əsər-əlamət olmadı. Cokoviçin servisi ilə başlayan oyunda serb tennisçi qalib gəldi. Ardınca isə dərhal breyk itdi. Bu, artıq psixoloji üstünlük demək idi. Belə gedişat Karlosun ağlına Fransadakı ilk seti gətirə bilərdi. Orada da ispan tennisçi ilk setdə psixoloji təzyiqdən qurtula bilməyərək bacardığını nümayiş etdirə bilməmişdi. Bu dəfə vəziyyət daha bərbad oldu – 6:1.

2-ci set

Handikapla oyuna başlamaq böyük üstünlükdür. Cokoviç kimi tennisçinin bu cür handikapı olması ikiqat üstünlükdür. Belə bir anda Karlosun hansı durumda olmasını təsəvvür etmək də çətindir. Amma setin əvvəllərində öz servislərini qazanması ispan tennisçiyə kiçik şanslar verdi. Əsas isə ilk servis faizinin yaxşılaşması idi. Tennisdə, xüsusilə də ot örtükdə həlledici olan bu göstərici idmançının şansını bir xeyli artırır. Dözümlülük nümayiş etdirən Karlos seti tay-brekə qədər gətirib çıxardı.

Əslində, burada da onun şansı az olmalıydı. Novak bu il oynadığı 15 son tay-brekdə qalib olub. Hamı 16-cının olacağını gözləyirdi. İlk 3 xalı qazanan Cokoviçin də əsəblərinin dəmirdən olmadığı üzə çıxdı. Alkaras tay-brekdə hesabı bərabərləşdirdi. Hesab 7:6 olarkən Novakın ilk servisini isə qarşısıalınmaz zərbə ilə dəf edərək ümumi hesabda tarazlığı bərpa etdi. Nəhayət ki, ispan istedad bacardığını göstərə bildi.

3-cü set

İkinci setdəki qələbə Karlosu xeyli rahatlaşdırdı. Bu rahatlıqla da o, bacardığını nümayiş etdirməyə başladı. Bu gün dünya tennisində qısa topları ondan gözəl icra edən yoxdur. İspan, nəhayət ki, azarkeşləri coşduran zərbələri yerinə yetirməyə başladı. Ruh yüksəkliyi ilə setə başlayan Alkaras dərhal breyk edərək üstünlüyü ələ aldı. Setin 4-cü oyununa xüsusi yer ayırmaq lazımdır. Karlosun 3:1 öndə olduğu zaman Cokoviçin servis oyunu, nə az nə çox, düz 26 dəqiqə davam etdi. Bu da tennis tarixində çox nadir hallarda yaşanan hadisələrdən biridir. Təsəvvür edin ki, ilk set cəmi 34 dəqiqə davam etmişdi.

Bu oyunu Alkaras qazandı və fərqi bir qədər də artırdı. Ardınca baş tutan iki oyunda da ispan qalib gəldi və seti 6:1 hesablı qələbəylə yekunlaşdırdı. Burada diqqətdən yayınmayan məqam Novakın tamamilə əlacsız görünməsi idi. Hətta bəzi hallarda onun topu vurmağa gücü belə çatmırdı.

4-cü set

3-cü setdən sonra Novak fasilə götürərək öz otağına yollandı və 7 dəqiqədən sonra döndü. Bu il “Roland Qarros”da da o, bənzər vəziyyətdə tibbi fasilə götürərək Alkarasın oyundan soyumasına şərait yarartmışdı. Bu dəfə də bicliyi işə yaradı. Gözlənilmədən özünə gələn serb tennisçi setdə breyk edərək üstünlüyü əldən vermədi və 6:4 hesabı ilə qələbə qazandı.

Hər şeyin qələbəyə getdiyi bir məqamda Alkarasın cəbhəsində əndişə əmələ gəldi. Artıq hər şey bərabər idi. Novak fiziki cəhətdən özünə gəlmişdi. Həlledici setdə isə təcrübəsi də yanında olmalıydı.

5-ci set

Setə ispan tennisçi ağır başladı. İlk servis faizi çox aşağı düşmüşdü. Bundan da Novak istifadə etməyə çalışırdı. Lakin serb əlinə düşən fürsəti dəyərləndirməyi bacarmadı. Alkaras isə breyk edə bildi. Halbuki oyunun gedişatından breyki əks tərəfdən gözləmək lazım idi. Üstünlük əldə etdikdən sonra Karlos əsas diqqəti öz servislərinə vermişdi. Novakın servislərində mübarizə olmurdu. Alkaras isə çətinliklə qalib gəlirdi. Bu şəkildə gedən set 5:4-ə qədər gəlib çıxdı. Öndə olan ispan tennisçinin servislərində qazanılan xallar onun psixolji cəhətdən nə qədər artırdığını göstərdi. Oyunun ilk xalını drop-şotla (qısa top) qazanmağa çalışdı. Lakin səhv etdi və hesab 0:15 oldu. Ardınca növbəti xalda yenə də drop-şotdan istifadə etdi. Novakın önə çıxmasına şərait yaradaraq arxasına gözəl top göndərdi – 15:15. Bundan sonrakı xalı torun önünə çıxmaqla qazandı – 30:15. Növbəti zərbəsi qısa olduğuna görə Cokoviç forhendlə tarazlığı bərpa etdi – 30:30. Ardınca isə nəhayət ki, servisi işə yaradı. Novak qəbul edə bilmədi – 40:30 və çempionluq xalı. Cokoviçin qəbulu yaxşı olmadı, Alkarasın ikinci zərbəsini isə serb qaytara bilmədi. Beləliklə, 20 yaşlı ispan 20 ildən sonra “Uimbldon”da estafeti ələ aldı və tarixdə burada çempionıuq yaşayan 3-cü ən gənc tennisçi oldu.

Alkaras “Uimbldon” turnirini qazanan 3-cü ispan tennisçidir. Sonuncu dəfə bunu edən Rafael Nadal (2008 və 2010) oyundan dərhal sonra Alkarası təbrik edib. Britaniya kral ailəsi, İspaniya kralı, Hollivud ulduzu Bred Pit, 2 dəfə “Uimbldon”da çempion olan Stefan Edberq və Endi Marreyin canlı izlədiyi final oyunu ilə 146-cı turnir geridə qaldı. Həm qadınlarda (Vondrouşova), həm də kişilərdə (Alkaras) yeni çempion oldu.

İLQAR AĞAYEV

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Ölkə futbolu2024-05-06 09:20

Sumanın hesabı – 21 yaşlı üçün 2:1-lər

blank
Ölkə futbolu2024-05-06 09:02

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

blank
Ölkə futbolu2024-05-06 08:45

Azərbaycan derbisinin darmadağınları – 9:1

blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm