İdman mərc oyunları operatoru “Topaz”ın baş direktoru İsmayıl Kalefer bəyan edib ki, şirkət Azərbaycanın bölgələrində də mərc kontorları açmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bizim əsas hədəfimiz Azərbaycanda, Bakıda bacardığımız qədər "Topaz" məntəqələri açmaqdı. Danışıqlar gedir. Artıq Lənkəranda, Naxçıvanda da mərc kontorları açmaq istəyirik. Əgər razılıq əldə olunsa, buna nail olacağıq".





