Milan şəhərinin təmsilçisi “İnter” qışda Braziliya millisinin üzvü Aleşandro Patonu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, komanda hücum xəttində yaşadığı çətinliyi məhz “sambaçı” ilə həll etmək niyyətindədi.
Hazırda Patonun şərəfini qoruduğu “Korintians” rəhbərliyi də hücumçunu "İnter"ə satmağa hazır olduğu bildirib. Tələb olunan məbləğ ödənərsə, Aleşandro yanvardan etibarən yenidən Avropada top qovacaq.
Qeyd edək ki, Pato 2007-13-cü illərdə “İnter”in əzəli rəqibi “Milan”da çıxış edib. Onunla “Arsenal” və “Totenhem” də yaxından maraqlanır.





