Almaniya mətbuatına “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi İlkay Gündoğan haqda yeni transfer xəbərləri yayılıb. Futbolinfo.az xəbər verir ki, qəzetlər mövsümün sonunda türk əsilli futbolçunun “Real”a keçəcəyini yazıb.
 
Gündoğanın transferi bilavasitə Nuri Şahinin Dortmund klubuna keçidi ilə əlaqələndirilir. Başqa sözlə, hazırda müqavilə əsasında “Real”ın tabeliyində olan və “Borussiya”da icarə əsasında oynayan Nuri bu transfer qarşılığında “sarı-qaralar”ın tamhüququlu üzvü olacaq. “Borussiya” rəhbərliyi də Gündoğana mövsümün sonunda klubu tərk etmək üçün razılıq verib.
 
Qeyd edək ki, İlkay bu mövsüm hələ ki, “Borussiya” forması ilə fərqlənə bilməyib.
Shares: