"Mən hələ gənc yaşlarımdan “Arsenal”ın qapısına qol vurmağa başlamışam. “Everton”da oynadığım zamanlardan onlara qol vurmağa başlamışam”.
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in qolçusu Ueyn Runi söyləyib. O, sabah Premyer Liqada “Arsenal”la oyunla bağlı fikirlərini bölüşərkən belə danışıb.
 
Qeyd edək ki, Runinin karyerası ərzində ən çox qol vurduğu komanda “Arsenal”dı. Ueyn özünün 100-cü qolunu da məhz “topçular”ın qapısından keçirib. Eyni zamanda o, "Everton"da olarkən "Arsenal"ın 49 oyunluq məğlubedilməzliyinə son qoyan qolun da müəllifidi.
Shares: