"Qalatasaray" sabah Türkiyə Superliqasında baş tutacaq "Fənərbaxça" ilə matça ciddi itki ilə çıxacaq. Futbolinfo.az xəbər verir ki, zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə görüşdə iştirak edə bilməyən Uesli Sneyder bu derbini də buraxmalı olacaq.
Təcrübəli yarımmüdafiəçi zədəsinin müalicəsi üçün Hollaniyaya gedəcək. Sneyder bu səbəbdən Hollandiya millisinə də çağırılmayıb.
Xatırladaq ki, futbolçu "Konyaspor"la matçda zədələnib.





