Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello yığmanın sabiq hücumçusu Andrey Arşavin haqda sevindirici xəbər verib.  Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis “Zenit”in şərəfini qoruyan forvardın  yenidən milliyə çağırılmasının mümkün olduğunu bildirib:
 
“Mən bütün oyunçulara şans vermək istəyirəm. Arşavin əla futbolçudu, o, yaxşı oynamalıdı. Ancaq mən qərarımı mövsümün sonunda verəcəyəm”.
 
Qeyd edək ki, Arşavin 2002-12-ci illərdə yığmada top qovub.
Shares: