Bir vaxtlar Türkiyənin "Qalatasaray" klubunun forması geyinən brazilyalı Mario Jardel futbola doymur. Futbolinfo.az xəbər verir ki, 2000-2001 mövsümündə "sarı-qırmızılı" formanı geyinən və vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilən "Super Mario" ləqəbli Jardel 40 yaşında özünə yeni klub tapıb.
 
Ölkəsinin İburuba əyalətinin həvəskar futbol klublarından olan "Vila Nova" ilə müqavilə bağlayan Jardel bu həftəsonu məşqlərə başlayıb. Ulduz futbolçunun gəlişi ilə "Vila Nova"nın təmsil oldunduğu şəhərdə bayram ab-havası yaranıb.
 
Xatırladaq ki, "Qalatasaray"ın heyətində Avropa Super Kubokunu başı üzərinə qaldıran Jardel Madrid "Real"ının qapısına vurduğu qollarla hafizələrdə qalıb. Karyerası boyunca 11 fərqli ölkədə 20-dən çox klubun formasını geyinmiş hüçümcu, bir çox klublarda çempionluq həyacanı yaşayıb. Portuqaliyanın "Porto" və "Sportinq" komandalarında çıxış edərkən iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.
Shares: