Bu gün Topaz Premyer Liqasının 13-cü turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.
Günün ilk oyunu Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümdə çempionluğa iddialı olan Yuri Syominin komandası səfərdə fiasko yaşayan Con Toşakın yetirmələrini məğlub edə bilər. Bu oyunda marağa səbəb olacaq digər amillərdən biri də Qəbələ təmsilçisinin şərəfini qoruyan Elnur Allahverdiyev olacaq. Cənubluların heyətindən qalmaqalla ayrılan və azarkeşlərlə dil tapmayan Allahverdiyevin Lənkəran səfərinin çətin olması gözlənilir. Cütlüklərin ilk oyununda "Qəbələ" "Xəzər Lənkəran"ın qapısından 2 cavabsız top keçirib.
Günün və turun son qarşılaşması isə "Bakcell Arena"da baş tutacaq. Bu görüşdə iki Bakı təmsilçisi – "Neftçi" və "Bakı" üz-üzə gələcək. Bakı derbisində kimin qələbə qazanacağı maraqla gözlənilir. Tərlan Əhmədovun başçılığı ilə ilk oyunda qapısında 3 qol görən "ağ-qaralar" cavab oyununda Nazim Süleymanovun başçılığı ilə qisas almağa çalışacaq. "Bakı" isə demək olar ki, hələ də istədiyi oyunu sərgiləyə bilmir. Milinko Pantiçin komandası qələbə sayəsində yalnız turnir cədvəlindəki mövqeyini möhkəmləndirəcəksə, Süleymanovun komandası 3 xal sayəsində lider "Qarabağ"la xallarını eyniləşdirəcək.
Topaz Premyer Liqası
13-cü tur
10 noyabr (bazar)
17:00. Xəzər Lənkəran – Qəbələ
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran şəhər stadionu.
18:00. Neftçi – Bakı
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. "Bakcell Arena".
Turun digər oyunları: Rəvan – Sumqayıt – 1:1, AZAL – Qarabağ – 1:1, İnter – Simurq – 0:0.
| 1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25 | 8 | +17 | 28 |
| 2 | Neftçi | 12 | 7 | 4 | 1 | 18 | 8 | +10 | 25 |
| 3 | QəbəlƏ | 12 | 7 | 1 | 4 | 20 | 13 | +7 | 22 |
| 4 | Bakı | 12 | 5 | 3 | 4 | 21 | 14 | +7 | 18 |
| 5 | İnter | 13 | 5 | 2 | 6 | 21 | 18 | +3 | 17 |
| 6 | AZAL | 13 | 4 | 5 | 4 | 12 | 16 | –4 | 17 |
| 7 | Simurq | 13 | 3 | 6 | 4 | 11 | 12 | –1 | 15 |
| 8 | XL | 12 | 3 | 4 | 5 | 10 | 17 | –7 | 13 |
| 9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8 | 25 | –17 | 8 |
| 10 | Sumqayıt | 13 | 1 | 4 | 8 | 6 | 21 | –15 | 7 |
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).





