Cari mövsümün əvvəlində 57 milyon avro qarşılığında “Santos”dan “Barselona”ya keçən Neymar bu mövsüm katalonların heyətində ən çox məhsuldar ötürmə ilə yadda qalan oyunçudu. Futbolinfo.az xəbər verir ki, braziliyalı 2013/14 mövsümündə klubun maestroları sayılan Andres İnyesta və Xavi Hernandesin ümumi göstəricisindən də yüksək göstərici əldə edib.
“Sambaçı” 8 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. Aşağıda siyahını təqdim edirik:
Neymar – 8
Fabreqas – 7
Messi – 4
Sançes – 3
Xavi – 3
Inyesta – 2
Pedro – 2
Tello – 2
Alveş – 1
Buskets – 1
Adriano – 1





