PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Zlatan İbrahimoviçin komandadan ayrılacağı ilə bağlı iddialara münsibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, bu yolla yayılan şayələrə də son qoyub.
Klub prezidenti futbolçunun karyerasını PSJ-də başa vurmaq istədiyini deyib:
"İbrahimoviç karyerasını PSJ-də bitirmək istədiyini bizə deyib. PSJ onun son klubu olacaq. O, dünyanın üç ən yaxşı futbolçusundan biridi".
Qeyd edək ki, Fransa da vergilərin çox olması səbəbindən İbrahimoviçin klubdan ayrılacağı iddia olunur.





