Topaz Premyer Liqasının 13-cü turunda "Neftçi" məğlubiyyətindən sonra "Bakı"nın müdafiəçisi Ruben Qonsales oyun haqda fikirlərini bildirib. Futbolinfo.az saytına müsahibəsində ispan müdafiəçi oyunu belə şərh edib:
 
"Qapımızda erkən qol gördük. Bundan sonra rəqib azlıqda qaldı. "Bakı"nın kifayət qədər qol imkanı oldu. Lakin istifadə edə bilmədik. Əsas odu ki, bu epizodları yarada bildik və bu fürsətdən cəmi bir dəfə istifadə etdik. Futbolda uğurlu və uğursuz gün olur. Biz bu gün uğursuz günlərdən birini yaşadıq. Unutmayaq ki, biz "Neftçi"yə məğlub olduq. Qapıçımızın qollarda səhvinin olduğu deyilir. Lakin bu, qapıçının yox, bütün komandanın səhvidi. Artıq bu oyun bitdi və biz "Xəzər Lənkəran"la matça hazırlaşmalıyıq".
 
"Neftçi" düşərgəsində belə hesab edirlər ki, Qonsales rəqib futbolçulara qarşı çox aqressiv və kobud oynayıb. İspaniyalı legioner bu ittihamlara da cavab verib: "Neftçi"nin futbolçuları deyir ki, mən onlara qarşı bilərəkdən kobud oynayırdım. Lakin bu, belə deyil. Futbol mübarizə tələb edir. Bu üzdən meydanda hər şey ola bilər. Hamınız gördünüz ki, oyundan sonra biz qardaş kimi qucaqlaşıb ayrıldıq".
Shares: