İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti İngiltərə "Arsenal"ında forma geyən Almaniya yığmasının türk əsilli yarımmüdafiəçisi Məsut Özilin komandadan getməsinin səbəbini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis onun forma mübarizəsindən qorxduğu üçün "Real"ı tərk etdiyini açıqlayıb.
Ançelotti bunları söyləyib: "Məsut əsas heyətdə forma geymək üçün burada savaşmaq məcburiyyətində idi. O, elə zənn edirdi ki, buradakı hər oyunda forma geyəcək. Mən isə Di Mariya və Məsut arasında seçim etməli oldum və sonda Di Mariyanı seçdim. Çünki onun oyunu komandaya daha yaxındı".
Maraq üçün xatırladaq ki, Özil bu barədə açıqlamasında Ançelottinin ona inanmadığını və klubdan getməsinin əsas səbəbkarının italiyalı məşqçi olduğunu söyləmişdi.






