“Şuşa”nın hücumçusu Əhməd Ticani futbol üzrə Azərbaycan 1-ci divizionu çərçivəsində “Turan-T”yə qarşı keçirilmiş görüşdə vurduğu üç qol haqda fikrini bildirib. Futbolinfo.az xəbər verir ki, Ticani bunları söyləyib:
"Düşünürəm ki vurduğum 3 qol komandamın qələbəsinə böyük təsir göstərdi. Bu, mənim ağır məşqlərimin nəticəsidi. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oyun sərgiləyəcəm".
Xatırladaq ki, bu qələbədən sonra “Şuşa” klubu 15 komanda içərisində 5-ci yerə yüksəlib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü futbolçu Azərbaycandakı karyerasına 2005-ci ildə "Şahdağ"da başlayıb. O, 2007-2010-ci illər aralığında "Bakı"nın da şərəfini qoruyub.





