“Yuventus”un hücumçusu Fernando Lorente İspaniya millisinə dəvət alıb. Futbolinfo.az xəbər verir ki, o, son dünya çempionlarının düşərgəsinə Dieqo Kostanın əvəzinə çağılırıb.
Məsələ burasındadır ki, “Atletiko”nun forvardı zədələnib və buna görə də qarşıdakı yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək. Bu səbəbdən baş məşqçi Visente Del Boske "Yuventus"un hücumçusu Lorenteyə dəvət göndərib.
Qeyd edək ki, İspaniya millisi Ekvatorial Qvineya və CAR-la qarşılaşacaq.





