"Yuventus"un qapıçısı Canluci Buffon "Şaxtyor"dan təklif alıb. Futbolinfo.az xəbər verir ki, bu barədə ulduz qolkiper özü məlumat verib.
"Şaxtyor" ötən mövsüm italyan qapıçıya təklif göndərib. Lakin Buffon ukranların təklifini rədd edib və "Yuventus"da qalmağa üstünlük verib. Məlumata görə, "Şaxtyor" Buffona illik 1,6 milyon avaro maaşla 5 illik müqavilə təklif edib.
Qeyd edək ki, Canluci 2001-ci ildə "Parma"dan "Yuventus"a 54 milyon avroya transfer olunaraq tarixin ən bahalı qapıçısı statusunu ələ keçirib.





