“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Real”da forma geyən sabiq yetirməsi Kriştianu Ronaldo haqqında maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, portuqal mütəxəssis dünya futbolunda Ronaldo qədər peşəkar futbolçu görmədiyini bildirib:
“Dünyada Ronaldo qədər peşəkar futbolçu yoxdu. Onunla birgə çalışmağım karyeramda baş verən ən gözəl hadisə idi. Bəli, bizim bir neçə dəfə anlaşılmazlıqlarımız olub. Lakin bu hər məşqçi və futbolçu arasında olur. Fikirləşirəm ki, Ronaldo başqa bir aləmdəndi”.
Mourinyo 2010-13-cü illərdə Ronaldonun baş məşqçisi olub.





