"Mançester Siti"nin kapitanı Vinsent Kompaninin zədələnməsi barədə ötən günlərdə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, aparılan müayinələrdən sonra məlum olub ki, belçikalının heyətə qayıtması gözləniləndən gec baş verəcək.
 
Oktyabrın 5-də "Everton"la matçda zədələnən kapitanın daha 3 həftə forma geyinə bilməyəcəyi məlum olub.
 
Qeyd edək ki, bu mövsüm yalnız 6 rəsmi matçda forma geyə bilib.
Shares: