Moskvanın Krasnoznamensk əyalətində futbol üzrə SSRİ yığmasının 1988-ci il Seul Olimpiadasında qələbəsinin 25 illiyinə həsr edilmiş yoldaşlıq görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, oyunda Azərbaycan futbolunun veteranı İqor Ponomaryov iştirak edib.
 
Olimpiyaçıların heyətində Rusiya siyasətçiləri, məşhur artistlərlə yanaşı Sergey Şavlo, Viktor Bulatov kimi veteranlarla qüvvətləndirilmiş “Rosiç-Starko” komandası ilə heç-heçə oynayıblar.
Shares: