“Barselona”nın hücumçusu Lionel Messi ötən mövsümün ən yaxşı bombardiri olduğu üçün sabah “Qızıl buts” mükafatı ilə təltif ediləcək. Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçunun mükafatlandırma mərasimi elə Barselonada keçiriləcək.
 
Mükafatı Avropa İdman Nəşrləri Birliyi təqdim edəcək. Xatırladaq ki, bu, Messinin qazandığı 3-cü “Qızıl buts”du. Daha əvvəl o, 2009/2010 və 2011/2012 mövsümlərinin yekunlarına əsasən mükafata layiq görülmüşdü.
 
Qeyd edək ki, Messi İspaniya çempionatının ötən mövsümündə 46 qola imza atmışdı.
Shares: