“Barselona”nın qapıçısı Viktor Valdes İspaniya millisinin CAR-la keçirdiyi yoldaşlıq görüşündə zədələnib. Futbolinfo.az xəbər verir ki, ikinci hissədə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənməli olub.
İlkin məlumata görə, Valdes dizaltı bağlarından xəsarət alıb və təxminən 6 həftəlik sıradan çıxıb. Daha dəqiq məlumat tibbi müayinədən sonra veriləcək.
Qeyd edək ki, Valdesdən başqa “Barsa”da əsas heyətin daha 2 üzvü Lionel Messi və Xordi Alba da növbəti oyunlarda komandasına kömək edə bilməyəcək.





