İsveçlə səfər matçında karyerasındakı 26-cı het-trikinə imza atan Kriştianu Ronaldo 2006 və 2010-cu ildən sonra gələn ilki mundialda da çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, milli komandada 109-cu matçında qolarının sayını 47-ə yüksəldən Ronaldo Pauletanın rekordunu yeniləyib.
 
Futbolçuya daha bir qol lazımdı ki, o, millinin tarixində ən məhsuldar sima olsun.
 
Ronaldo 110 dəfə yığma ilə meydana çıxmış Fernando Koutonu da keçməyə hazırlaşır. Koutonu keçdikdən sonra isə qarşıda yalnız bir rəqib qalacaq, o da Luiş Fiqu. Kriştianu 127 dəfə millinin formasını tərlətmiş Fiqunu keçməyə çalışacaq.
 
Yeri gəlmişkən, Ronaldo İsveçlə oyunda özünə aid bir rekordu da qırıb. Belə ki, o bu vaxta kimi bir təqvim ili ərzində maksimum 63 qol vura bilmişdi. Amma 2013-cü ilin bitməsinə 1 aydan da çox qalmasına baxmayaraq artıq o, 66-cı qolu aktivinə yazdırıb.
Shares: